14 
Okt
2019
13:34
110
21
3805
Virtual karabakh

Bu il Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib

14 Okt, 2019
13:34
3805

Bu il Azərbaycanın hava limanları 4,3 milyon sərnişinə xidmət göstərib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın beynəlxalq hava limanlarından istifadə etmiş sərnişinlərin sayı 4,3 milyon nəfər təşkil etmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda 3,7 milyon sərnişinə xidmət göstərilmişdir ki, bu da ötən ilin müvafiq göstəricisi  ilə müqayisədə 6% çoxdur.

Göstərilən müddət ərzində Naxçıvan aeroportu 501 min sərnişin ilə sıxlıq üzrə ikinci, Gəncə aeroportu isə 115 minlik sərnişin axını ilə üçüncü olub.

2019-cu ilin doqquz ayı ərzində milli aviadaşıyıcı -  AZAL 1,6 milyon, milli loukoster “Buta Airways” isə 443 min sərnişin daşıyıb.

Paytaxtın hava limanının beynəlxalq uçuşlarda sərnişin sayı 3,2 milyon nəfər təşkil etmişdir. Sərnişin aviadaşımaları üzrə aviaşirkətlərin onluğuna AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines” (Türkiyə, 376 min sərnişin), “FlyDubai” (BƏƏ, 194 min sərnişin), “Aeroflot” (Rusiya, 151 min sərnişin), “AirArabia” (BƏƏ, 130 min sərnişin), “UIA” (Ukrayna, 97 min sərnişin), “Qatar Airways” (Qətər, 81 min sərnişin), “Lufthansa” (Almaniya, 53 min sərnişin) və “SCAT” (Qazaxıstan, 47 min sərnişin) daxil olub.

2019-cu ilin sentyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan 60-dan çox müxtəlif istiqamətə 33 sərnişin aviaşirkəti uçuşlar həyata keçirib.

Hazırda altı xarici aşağıbüdcəli aviaşirkət – “WizzAir” (Budapeşt), “AirBaltic” (Riqa), “Pegasus” (İzmir), “flyNAS” (Ər-Riyad), “flyDubai” (Dubay) və “AirArabia” (Şarja)  Bakının hava limanına birbaşa uçuşlar həyata keçirir.

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin, milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri