Noy
2019
15:28
60
27
3017
Virtual karabakh

“Etihad Airways” və “China Southern” Bakı Aeroportunda ən punktual aviaşirkətlər olub

6 Noy, 2019
15:28
3017

“Etihad Airways” və “China Southern” Bakı Aeroportunda ən punktual aviaşirkətlər olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın əsas hava limanı Heydər Əliyev Beynəlxalq Aeroportu 2019-cu ilin oktyabr ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib edib.

2019-cu ilin oktyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən aviaşirkətlər arasında ən yüksək nəticəni – 100% punktuallıq ilə BƏƏ-nin milli aviadaşıyıcısı “Etihad Airways” və Çinin “China Southern” aviaşirkəti göstəriblər.

“Uzbekistan Airways”, “Qatar Airways”, “Aeroflot”, “Air Arabia” и “UIA” (Ukrayna Beynəlxalq Hava Yolları) planlaşdırılmış uçuşların ən azı 90%-ni yerinə yetiriblər.

“Lufthansa” (89.6%), “flyNas” (88.9%), “Kuwait Airways” (87.5%) , “Türk Hava Yolları” (86.5%) və “Belavia” (86.4%) həmçinin yüksək nəticələr göstəriblər.

Ümumilikdə isə, 2019-cu ilin oktyabr ayı ərzində uçuşların 77%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilib.

Qeyd edək ki, ümumilikdə 2019-cu ilin oktyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 50-dən çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 32 sərnişin aviaşirkətinə xidmət göstərib.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri