20 
Noy
2019
10:51
6
103
3844
Virtual karabakh

Bakı-İstanbul təyyarəsi təcili eniş etdi - Sərnişinin halı pisləşib

20 Noy, 2019
10:51
3844

Bakı-İstanbul təyyarəsi təcili eniş etdi - Sərnişinin halı pisləşib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar olaraq “Buta Airways”in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən verilən məlumata görə, reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib.

Təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirib. Göyərtədə 104 sərnişin olub.

Xəstə sərnişini tibb əməkdaşlarına təhvil verdikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri