Dek
2019
15:24
11
31
1902
Virtual karabakh

AzAK rəhbəri: Akkreditasiyadan keçən qurumlar arasında turizm sahəsində aid olanı yoxdur

6 Dek, 2019
15:24
1902

AzAK rəhbəri: Akkreditasiyadan keçən qurumlar arasında turizm sahəsində aid olanı yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) bu günə qədər 3000-dən artıq orqanı akkreditasiyadan keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Akkreditasiya Mərkəzinin (AzAK) direktoru Namiq Əliyev bu gün keçirilən brifinq zamanı jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

O bildirib ki, həmin orqanlar arasında turizm sahəsində çalışan qurum yoxdur:

“Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Tvinninq layihəsi həyata keçirir. Qeyd edim ki, bu layihə oktyabr ayında yekunlaşır. Artıq AzAK öz iş prinsipini Avropa standartlarına uyğun qurur”.

Brifinqin sonunda Azərbaycanda ilk dəfə Azərbaycan Turizm Bürosuna hotellərə ulduz verilməsi üzrə uyğunluğun qiymətləndirilməsi sertifikatı verilib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri