18 
Dek
2019
21:38
18
93
3614
Virtual karabakh

Region turizminin ən böyük problemi nədir? - VİDEO

18 Dek, 2019
21:38
3614

Region turizminin ən böyük problemi nədir? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fəslindən, zamanından aslı olmayaraq heç birimiz istirahətə, tətilə yox demərik. Bizə mane olan səbəblərsə ya qiymətlər, ya xidmət səviyyəsi olur. Bəs Azərbaycanda kənd təsərrüfatı turizmi hansı səviyyədədir?

Turistləri ölkəyə cəlb etməklə iş bitmir. Gələn turistləri ölkəyə yenidən qaytarmaq üçün çalışmaq lazımdır. Bəs buna nə dərəcədə nail ola bilirik? “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova Baku Tv-yə müsahibəsində bu barədə danışıb:

“Azərbaycanın regionlarındakı restoranlarda təklif olunan yemək bahadır. Bəzən müştərilərə elə qiymətlər deyirlər ki, o məbləğə paytaxtda yaxşı bir məkanda qidalanmaq olar. Ölkədə qısamüddətli deyil, uzunmüddətli turizm yaratmaq lazımdır. Biz hər zaman bizimlə çalışanlara düzgün qiymət təyin etməyi məsləhət görürük. Əgər qiymətləri düzgün hesablamasalar, rəqiblərinin qiymətlərini, Bakı, Sumqayıt kimi böyük şəhərlərdəki qiymətlərlə tənzimləməsələr, kənd təsərrüfatı turizmi turistlər üçün az maraqlı olacaq”.

Ölkəyə daha çox turist cələb etmək, eyni zamanda onların məmnun geri qayıtmasında əsas yük turizm şirkətlərinin üzərinə düşür. Ancaq bəzi hallarda turizm şirkətləri digəri şirkəti üstələmək üçün qeyri-sağlam rəqabət aparmağa çalışır.

Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyir:

“Bəzi hallarda bir turizm şirkəti digərini üstələmək üçün qarşı tərəfi aşağı salmağa çalışır. Bu, yolverilməzdir və bu gedişlə inkişaf əldə etmək olmaz. Bazarda rəqabətə davamlı turizm şirkətləri yaranması üçün bir birimizə dəstək olmalıyıq. Agentlik turizm məhsulları yaratmaqda bəzi hallarda çətinliklərlə üzləşir”.

Ölkəyə gələn turistlərə hər bölgənin özünəməxsus ənənələrindən, təamlarından ibarət festivallar təşkil etmək olar. Bu yolla gələn turistlərə həm münasib qiymətə restoranlarda milli yeməklər təklif olunar, həm də turistlər ənənərimizlə, tariximizlə tanış olar.

Ekspert Rəhman Quliyev məsələyə belə yanaşır:

“Bölgələrdə bu tip festivalların sayı artarsa, o zaman buradan həm də sahibkarlar qazanar. Çünki festivalda nümayiş etdirmək üçün gətirdiyi məhsul turistə sataraq həm də pul qazanmış olacaq. Bununla da ölkəyə həm turist gələcək, həm də regionlarda insanların sosial rifahına müsbət təsir edəcək.

Azərbaycanda Nar, Sitrus, Xurma festivalları artıq bir neçə ildir keçirilir. Belə mədəni tədbirlərin sayı nə qədər çox olsa, aqroturizmin inkişafına xidmət etmiş olar.

 

 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri