27 
Dek
2019
10:45
70
12
2058
Virtual karabakh

Londondan İslamabada uçan təyyarə Bakıda təcili eniş etdi

27 Dek, 2019
10:45
2058

Londondan İslamabada uçan təyyarə Bakıda təcili eniş etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “British Airways” aviaşirkətinin London-İslamabad istiqaməti üzrə uçuş həyata keçirən “Boeing B787-8 Dreamliner” təyyarəsinin kapitanı İslamabadda güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarı verib.

Oxu.Az xəbər verir ki, yerli vaxtla 09:11-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.

Uçuş müddətinin uzunluğu və aviaşirkətin qaydalarına görə, uçuş heyəti Bakıdan yola düşməzdən əvvəl istirahət etməlidir.

Hazırda reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit zonasında yerləşdiriliblər.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri