14 
Yan
2020
18:20
212
166
3343
Virtual karabakh

Azərbaycana turizm səfərlərinin sifarişi kəskin artıb

Azərbaycana turistik səfərlərin sifarişi son dörd ayda 155 faiz artıb.

“Trade Arabia”nın məlumatına görə, bu barədə Yaxın Şərqdə  və Şimali Afrikada ən böyük turistik “bazar” olan “Wego” məlumat yayıb.

Bu yüksəliş Azərbaycanın Körfəz Əməkdaşlıq Şurası ilə əməkdaşlığı fonunda müşahidə olunub.

Azərbaycan 192 ölkədən təqribən 2 milyon 921 min turist qəbul edib. Bu 2018-ci ilin yanvar noyabr ayları ilə müqayisədə 11,1 faiz artım deməkdir.

“Wego”nun məlumatına görə, axtarışların 74%-i üç gün kimi qısa müddətlər üçün edilib.

Bakıya bilet sifariş edənlərin 63%-i tək və ya cüt halında gəlmək istəyənlərdir, 37% isə ailələrdir.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidt Yaxın Şərqdə  və Şimali Afrikadan Azərbaycana olan sifarişləri sayında artan rəqəmlərə görə çox şad olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycan Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrdən olan səyyahlara hər cür xidmət təqdim edə bilir: “Onları unudulmaz sərgüzəştlər üçün çox unikal fürsətlərə malik olan Azərbaycanda qarşılamağı səbirsizliklə gözləyirik”.

“MENA&INDIA”nın icraçı direktoru Mamun Hmedan Azərbaycanla bağlı axtarış həcmlərinin 55% artdığını bildirib: “Biz ATB və digər uğurlu qurumlarla əlaqələrin daha da inkişafını səbirsizliklə gözləyirik”.

Qlobal qonaqpərvərlik bazarında durmadan populyarlıq qazanan Azərbaycanın paytaxtı, UNESCO-nun Ümumdünya İrsinə uyğunlaşan qədimiyilə bərabər ultramodern dizaynlarla bəzədilmiş binaları ilə heyrətamiz görünüşə malikdir.

Azərbaycan dəri, ürək-damar, ginekoloji, uroloji və mədə-bağırsaq xəstəliklərinin müalicəsi üçün təbii müalicə vasitəsi olan 300-ə yaxın palçıq vulkanı ilə də Yaxın Şərq və Şimali Afrikadan turistləri özünə cəlb edə bilib.

Azərbaycan Dövlət Turizm Agentliyi “Formula-1”, “Qran Pri” və 2020-ci il Avropa Futbol Çempionatı kimi vacib idman tədbirlərini Bakıda keçirməyə hazırlaşır. Bu isə 2020-ci ildə ölkəyə daha çox idman həvəskarının cəlb ediləcəyi proqnozunu verir.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri