27 
Yan
2020
12:04
58
107
1862
Virtual karabakh

Florian Zenqstşmid: Azərbaycan şərab turizmini genişləndirimək niyyətindədir

27 Yan, 2020
12:04
1862

Florian Zenqstşmid: Azərbaycan şərab turizmini genişləndirimək niyyətindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ilk dəfə yaradılan, Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edən şərab marşrutunun yaradılması regionda turizmin daha geniş təbliğinə şərait yarada bilər.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Bakıda Qafqazın şərab marşrutunun yaradılması ilə bağlı assambleyada çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, Azərbaycan şərab turizmini genişləndirimək niyyətindədir:

“Həmkarlarımızla uğurlu təcrübəni bölüşəcəyik. Bununla yanaşı, şərab marşrutunun yaradılması ilə şərabçılıq sahəsində olan təcrübəmizi genişləndiririk. Şərabçılıq sahəsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyan məsələdir”. 

F.Zenqstşmid qeyd edib ki, Qafqazın şərab marşrutunun yaradılması turistlərə bir sıra ölkələrə səfər etmək şansı verir.

Turizm Bürosunun Turizm məhsulunun inkişafı sektorunun müdiri Şərifə Həsənova isə bildirib ki, Azərbaycan, Gürcüstan və Rusiya ilə birlikdə Avropa Şurası ilə 2020-ci ildə əməkdaşlığı əhatə edən saziş imzalayıb:

“Bununla da fəaliyyət planlarımızı hər üç ölkə olaraq birgə həyata keçirək. Turistlər marşrut üzrə hər üç ölkənin şərab turizm fəaliyyətini kəşf edəcəklər. Marşrut artıq fəaliyyətdədir”.

O bildirib ki, hər üç ölkə üçün bu marşrutun elementləri müəyyən olunacaq:

“Marşrutların elementləri üzərində işarələnmə olacaq. Hazır marşrut həm Avropa Şurası tərəfindən, həm də bizim öz resurslarımızla xarici bazarlara təqdim ediləcək. Üç ölkənin tur-operatorları bu turizm marşrutunu təqdim edəcəklər”. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri