Fev
2020
02:00
19
71
3474
Virtual karabakh

Palçıq vulkanlarının turizm imkanlarından istifadə olunur? - VİDEO

7 Fev, 2020
02:00
3474

Palçıq vulkanlarının turizm imkanlarından istifadə olunur? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda palçıq vulkanları olan ərazilərə turizim məqsədi ilə səfərlər az təşkil olunur. 

Geologiya və Geofizika institutunun aparıcı elmi işçisi Orxan Abbasov ölkəyə gələn turistlərin palçıq vulkanları ilə tanış olmağa meyilli olduğunu bildirir.

O həmçinin qeyd edib ki, bu sahədə bir sıra problemlər var:

“Palçıq vulkanları olan ərazilərin bəziləri qoruq elan edilib. Qanunvericliyə görə də, qoruqlara icazəsiz giriş qeyri-qanunidir. Qoruq elan edilməyənlərə isə fərdi qaydada ziyarətlər olsa da, təşkilati baxımdan problemlər yaşanır”. 

Dövlət Turizm Agentliyi tərəfindən bununla bağlı layihə hazırlanıb və sənəd icra mərhələsindədir.

Qurumun sözçüsü Kənan Quluzadənin sözlərinə görə, Qobustan şəhərindən 22 km məsafədə turizm kompleksi yaradılacaq. 

Azərbaycan vulkanlarının beynəlxalq ekoturizmə qatılması günün tələbidir. Turistlər bu təbiət hadisələrini görmək üçün Azərbaycana gəlirlərsə, mövcud imkanlardan düzgün istifadə edilməlidir.

Yelmar Məmmədli

Rəşad Aydın

Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri