10 
Fev
2020
17:45
23
149
5747
Virtual karabakh

“Buta Airways”in məcburi eniş edən təyyarəsi Moskvaya yola düşdü - YENİLƏNİB

10 Fev, 2020
17:45
5747

“Buta Airways”in məcburi eniş edən təyyarəsi Moskvaya yola düşdü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Buta Airways”in Gəncədən Moskvaya uçan və Rusiyanın Volqoqrad aeroportuna məcburi eniş edən J2 9817 nömrəli aviareysin təyyarəsi Moskvaya yola salınıb.

Bu barədə “Buta Airways”dən bildiriblər.

Məlumata əsasən, halı pisləşən sərnişin bortdan düşürüləndən sonra avialayner Moskvaya uçuşunu davam etdirib.

13:40

Sərnişinlərdən birinin halının pisləşməsi ilə əlaqədar olaraq “Buta Airways”in J2 9817 nömrəli aviareysində hava gəmisinin kapitanı Volqoqrad aeroportunda məcburi eniş etmək qərarı alıb.

Bu barədə “Buta Airways” məlumat yayıb.

Qeyd edilib ki, reys Bakı vaxtı ilə saat 12:49-da Volqoqradda uğurlu eniş edib. Təyyarə Gəncə-Moskva reysini yerinə yetirirmiş.

Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarənin göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri