24 
Fev
2020
14:36
19
225
7586
Virtual karabakh

AZAL-dan İrana uçuşlarla bağlı MÜHÜM AÇIQLAMA

24 Fev, 2020
14:36
7586

AZAL-dan İrana uçuşlarla bağlı MÜHÜM AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Buta Airways” aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

Bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.

“O cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.

Həmçinin, bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “İran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq”, - AZAL prezidenti Cahangir Əsgərov bildirib.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib, bu istiqamətdə əlavə tədbirlər görüləcək.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri