Mar
2020
14:15
63
123
6630
Virtual karabakh

Texniki səbəblərə görə Bakıya qayıdan təyyarə Dubaya yola salındı - YENİLƏNİB

2 Mar, 2020
14:15
6630

Texniki səbəblərə görə Bakıya qayıdan təyyarə Dubaya yola salındı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Dubay aviareysi üzrə səhər saatlarında havaya qalxan və texniki səbəblərə görə hava limanına geri qayıdan təyyarə dəyişdirilərək Dubaya yola salınıb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Hava limanından verilən məlumata görə, Bakıdan Dubay istiqamətində havaya qalxan “Boeing-767” təyyarəsində texniki nasazlıq aşkarlandığından təyyarə kapitanı geri qayıtmaq qərarı verib: 

“Avialayner “Boeing 757”yə dəyişdirilib və təyyarə saat 13:37-də Dubay istiqamətində havaya qalxıb. Bakıdan Dubaya uçuş 2 saat 20 dəqiqə təşkil edir”.

11:12

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 10:12-də Bakıdan Dubaya yola düşən J2-011 nömrəli reysində hava gəmisinin kapitanı geri qayıtmaq qərarı verib.

Kapitan Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün icazə istəyib.

AZAL-ın yaydığı xəbərə görə, planlaşdırılmamış eniş texniki səbəblərə görə baş verib.

Təyyarə saat 10:44-də Bakı aeroportunda uğurlu eniş edib.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri