13 
Mar
2020
16:48
123
28
2903
Virtual karabakh

Azərbaycanın milli aviadaşıyıcısı bütün istiqamətlər üzrə biletləri dəyişməyə hazırdır

Koronavirus infeksiyası COVİD -19 ilə bağlı dünyadakı vəziyyət ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısının rəhbərliyi sərnişinlər istədikdə bütün ləğv edilmiş istiqamətlər üzrə biletlərin qaytarılması və dəyişdirilməsi, həmçinin, fəaliyyətdə olan istiqamətlər üzrə biletlərin dəyişdirilməsi barədə qərar qəbul etmişdir.

Beləliklə, “Azərbaycan Hava Yolları” aviaşirkəti və aşağıbüdcəli “Buta Airways” aviadaşıyıcısının bütün ləğv olunmuş (və yaxud gələcəkdə ləğv olunacaq) istiqamətləri üzrə istənilən tarif üzrə əldə olunmuş biletlərin qaytarılması və ya dəyişdirilməsinə icazə verilir.

Sərnişinlər cəriməsiz şəkildə biletin geri qaytarılmasını rəsmiləşdirə və həmin aviabiletin tam dəyərini geri ala, istiqaməti və uçuş tarixini dəyişdirə bilərlər.

Həmçinin, sərnişinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən yerinə yetirilən bütün reyslərə rəsmiləşdirilən aviabiletlərin sərnişinin 31 mart  2020-ci il tarixinədək müraciətinə əsasən aşağıdakı şərtlərə əməl olunaraq dəyişdirilməsinə icazə verilir:  

- yeni aviabiletlərin uçuş tarixi 31 dekabr 2020-ci il tarixindən gec olmamalıdır;  

- biletin dəyişdirilməsi zamanı tarifin maksimal etibarlılıq müddəti tətbiq olunur;

- hər aviabilet bronlaşdırma sistemində başqa tarixə eyni xidmət sinfi mövcud olduğu halda cəmi bir dəfə cərimə tətbiq olunmadan dəyişdirilə bilər;

- eyni bronlaşdırma sinfi mövcud olmadıqda siniflər arasındakı tarif fərqi sərnişin   tərəfindən ödənilməlidir.
 
Bundan əlavə, Azərbaycanın Milli aviadaşıyıcısı cari ilin may ayının sonunadək bəzi tariflərin brendlərində aviabiletlərin geri qaytarılması və dəyişdirilməsi qaydalarına dəyişikliklər edir. Belə ki, 14 mart tarixindən 31 may tarixinədək əldə olunan aviabiletlər üçün aşağıdakı tariflərdə yenidən təxsisetmə və biletlərin geri qaytarılması ilə bağlı cərimələr üzrə bütün məhdudiyyətlər götürülür: “AZAL” aviaşirkətinin  “Economy Flex” tarifi və “Buta Airways” aşağıbüdcəli aviaşirkətinin “SUPER” tarifi.

Bu halda, sərnişinlər aşağıdakı hüquqlara malikdirlər: 

- əldə olunmuş aviabiletin geri qaytarılmasını rəsmiləşdirmək və həmin aviabiletin tam dəyərini geri almaq – uçuşdan həm əvvəl, həm də sonra;

- uçuş vaxtını ilkin yola düşmə və təyinat məntəqələrinin və xidmət sinfinin saxlanılması ilə yenidən təxsisetməyə görə cərimə tutulmadan daha münasib vaxta keçirilməsini uçuşdan həm əvvəl, həm də sonra rəsmiləşdirmək.  

Hazırkı qaydalar “AZAL” və “Buta Airways” aviaşirkətlərinin “Economy Flex” və “SUPER” tariflərinin brendlərinin tətbiq olunduğu bütün istiqamətlərinə şamil olunur.

Aviaşirkətin rəsmi saytında onlayn rejimdə  alınan aviabiletin geri qaytarılması üçün [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzi və yaxud saytımızdakı əks əlaqə forması: https://help.azal.az/hc/az/requests/new vasitəsilə əlaqə saxlaya bilərsiniz. 

Aviabilet turizm şirkətindən və ya agentlikdən əldə olunduğu təqdirdə müvafiq turizm agentliyinin satış kassalarına müraciət etməyiniz xahiş olunur. Təxsisetmə kredit və ya debet kartı vasitəsilə ödənildiyi halda vəsait karta qaytarılacaqdır.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri