17 
Mar
2020
14:26
166
35
3108
Virtual karabakh

Macarıstanda qalmış Azərbaycan vətəndaşları sabah ölkəyə gətiriləcək - RƏSMİ

17 Mar, 2020
14:26
3108

Macarıstanda qalmış Azərbaycan vətəndaşları sabah ölkəyə gətiriləcək - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan hökuməti müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Macarıstanda qalmış Azərbaycan vətəndaşlarının ölkəmizə təxliyyə olunması ilə əlaqədar martın 18-də Budapeşt-Bakı birbaşa çarter reysinin təşkil olunmasını planlaşdırır.

Bu barədə məlumatı Azərbaycanın Macarıstandakı səfirliyi yayıb.

Məlumata görə, həmin çarter reysi vasitəsilə ilk növbədə "WizzAir" şirkətinin 15 və 19 mart tarixlərində uçuşları ləğv olunmuş Azərbaycan vətəndaşlarının təxliyyə olunması nəzərdə tutulur: “Təyyarənin tutumu imkan verdiyi təqdirdə mart ayının sonuna qədər "WizzAir" şirkətinin təxirə salınacaq reyslərinin Azərbaycan vətəndaşları olan sərnişinləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrimizin müraciətləri nəzərə alınacaq”.

Qeyd edilib ki, çarter reysi ilə Bakıya uçacaq sərnişinlər mütləq qaydada 14 günlük karantinə alınacaqlar. Bununla əlaqədar olaraq, sərnişinlərin Heydər Əliyev hava limanında eniş zamanı COVİD-19 ilə bağlı Azərbaycan Respublikasında tətbiq olunan qaydalara ciddi şəkildə riayət etmələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri