19 
Mar
2020
17:19
145
100
3244
Virtual karabakh

Azərbaycandan Rusiya və Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır

19 Mar, 2020
17:19
3244

Azərbaycandan Rusiya və Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) verilən məlumata görə, bununla əlaqədar martın 21-dən Bakı-Kiyev-Bakı sərnişin qatarının və martın 26-dan Bakı-Moskva-Bakı və Bakı-Rostov-Bakı sərnişin qatarlarının hərəkəti xüsusi göstərişədək müvəqqəti olaraq dayandırılır.

“Nəzərinizə çatdırırıq ki, Bakı-Rostov sərnişin qatarı Bakıdan axırıncı dəfə martın 22-də saat 03:25-də yola düşəcək. Bu qatara yalnız Rusiya vətəndaşlarına bilet satılır”, - deyə, ADY-dən bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri