30 
Mar
2020
15:53
199
100
2772
Virtual karabakh

AZAL-ın uçuş heyəti Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırır - VİDEO

30 Mar, 2020
15:53
2772

AZAL-ın uçuş heyəti Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” pilotların və təyyarə bələdçilərinin Azərbaycan vətəndaşlarını evdə qalmağa çağırışlarının əks olunduğu sosial videoçarx hazırlayıb.

Aviaşirkətdən Oxu.Az-a verilən məlumata görə, AZAL ölkə vətəndaşlarına müraciət edərək, karantin rejiminə riayət etməyə, yaxınları və tanışlarını, xüsusilə yaşlıları artıq təmasdan qorumağa çağırır.

Videoçarxın əsas ismarıcı özümüzün və yaxınlarımızın əmin-amanlığı naminə evdə qalmaq və sağlamlığımızı qorumaqdan ibarətdir. Bu gün ölkəmizin sağlam və firavan gələcəyi üçün birlik göstərmək hər zamankından daha vacibdir!

“Bu gün evdə qalın ki, sabah ailəlikcə səyahətə yollana və yeni-yeni ölkələr kəşf edə biləsiniz.”

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri