27 
Apr
2020
14:54
274
67
6234
Virtual karabakh

Türkiyədə mayın sonunda turizm mövsümü açılır - “İsveç stolu”ndan imtina edilir

27 Apr, 2020
14:54
6234

Türkiyədə mayın sonunda turizm mövsümü açılır - “İsveç stolu”ndan imtina edilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Turizm naziri Mehmet Ersoy may ayının sonunda ölkədə turizm mövsümünü açmaq niyyətində olduğunu açıqlayıb.

MK xəbər verir ki, o, yalnız “sağlamlıq sertifikatı” almış hotellərin işləyəcəyini bildirib.

Yeni qaydalara əsasən, hotellərdə mövcud olan otaqların yalnız yarısından istifadə edilməli və işçilər üçün gündəlik tibbi müayinələr keçirməlidir, bundan savayı, şəxsi qoruyucu vasitələrdən istifadə olunmalıdır.

Hotel restoranlarında sosial məsafəni qorumaq məqsədilə masaların sayı azaldılacaq. Eyni zamanda, “İsveç stolu”ndan imtina etmək qərara alınıb. Həmin qaydaların ölkənin digər iaşə və əyləncə məkanlarında da tətbiq olunacağı gözlənilir. Rusiya Turizm Operatorları Birliyinin verdiyi məlumata görə, məsafə qaydası çimərliklərə də şamil ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri