29 
Apr
2020
10:17
105
41
6455
Virtual karabakh

Azərbaycanda turistlərlə bağlı yenilik olacaq

29 Apr, 2020
10:17
6455

Azərbaycanda turistlərlə bağlı yenilik olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda turistlərə elektron vizaların verilməsi qaydası dəyişdirilir.

Oxu.Az-ın məlumatına görə, bu barədə “Turizm haqqında” qanunun 7.1.6-cı maddəsinə dəyişiklik təklif edilir.

Mövcud varianta görə, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci üç iş günü, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci üç saat müddətində baxılır.

İmtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək, müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.

Qanun layihəsində isə həmin maddə tamamilə yeni redaksiyada verilir.  

Layihədə bildirilir ki, birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci üç iş günü müddətində baxılır. Birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə, ən geci üç saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycanın beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə, real vaxt rejimində baxılır.

İmtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza verilir.

Qanun layihəsi Milli Məclisin mayın 1-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri