May
2020
17:06
42
214
2332
Virtual karabakh

Çin koronavirusdan sonra pik həddə turist axını gözləyir

1 May, 2020
17:06
2332

Çin koronavirusdan sonra pik həddə turist axını gözləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində koronavirus epidemiyasından sonra 2020-ci ildə ilk dəfə olaraq, beş günlük may tətilində ölkəyə turistlərin pik həddə axın edəcəyi ehtimal olunur.

Bu barədə Çinin ən böyük səyahət agentliyi “Ctrip” məlumat yayıb.

COVID-19 pandemiyası səbəbindən tətbiq olunan səyahət məhdudiyyətlərinin tədricən yüngülləşdirilməsi ilə yanaşı, may ayında beş günlük həftə sonu tətili turizm sektorunun bərpasında əlamətdar hadisədir.

May tətillərinin 2020-ci ildə ilk dəfə olaraq turizmin pik həddi olacağı gözlənilir. Səyahət edənlərin sayının artması ehtimalı var. Səyahət məlumatları apreldə olan tətil günləri zamanı ilə müqayisədə iki dəfə artacaq. O zaman 43 milyon səyahət həyata keçirilib və turizm sənayesinin gəlirləri təqribən 1,2 milyon ABŞ dollarına çatıb.

Epidemiyadan sonra səyahət modelində yeni bir tendensiyanı da qeyd edirlər. Kütləvi izdihamın qarşısını almaq üçün populyar turistik məkanların rəhbərliyi ziyarətçi axınının maksimumun 30%-ni məhdudlaşdıran sifariş sistemi tətbiq ediblər. Bundan əlavə, turistlər bölgələr və xarici ölkələr arasında səyahət etməkdən yerli turizmə yönəldilib.

İnsanlar əsasən yaxınlıqdakı ərazilərə dörd günlük səyahətlər edirlər.

Üç nəfərdən altı nəfərə qədər kiçik turist qrupları üçün sifarişlərin, üç-dörd günlük səyahətlərin, habelə şəxsi avtomobil və bələdçi istifadə edənlərin sayında kəskin artım müşahidə edilir.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri