May
2020
10:06
13
104
8098
Virtual karabakh

Səfirlik bu ölkədə yaşayan azərbaycanlılara müraciət etdi: “Ən gec bu gün...”

5 May, 2020
10:06
8098

Səfirlik bu ölkədə yaşayan azərbaycanlılara müraciət etdi: “Ən gec bu gün...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyada yaşamaq icazəsi olan Azərbaycan vətəndaşları 11 may 2020-ci ildə Frankfurt şəhərinə planlaşdırılan çarter reysindən istifadə edə biləcəklər. 

Bu barədə Almaniya səfirliyi məlumat yayıb.

Bildirilib ki, uçuş təxminən 230 avroya başa gələcək:

“Əlavə məlumatlar hələlik məlum deyil və mümkün qədər ən qısa zaman ərzində bildiriləcək”.

“Bu səbəbdən yaşamaq icazəsi olan şəxslərdən pasport və yaşayış icazəsinin bir nüsxəsini bu gün saat 14:00-dək [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.

Uçuş yerləri tükəndiyi halda, Almaniya/Avropa İttifaqı ölkələrindən olan vətəndaşların əcnəbi ailə üzvlərinə, habelə sistem üçün vacib olan müvafiq peşə qruplarına üstünlük veriləcək”, - deyə səfirlikdən bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri