May
2020
12:45
115
46
7827
Virtual karabakh

Türkiyədə turistlər belə qəbul ediləcək

5 May, 2020
12:45
7827

Türkiyədə turistlər belə qəbul ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə turizm sahəsində normallaşdırma planını hazırlayıb.

Sondakika.com xəbər verir ki, fəaliyyət planına əsasən, hotellərin girişində turistlərin hərarəti ölçüləcək və onlara maska ​​veriləcək.

Foye, restoran kimi bölgələrdə sosial məsafə gözləniləcək. 

Ölkənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan fəaliyyət planına əsasən, hotellər və nəqliyyat vasitələri sertifikatlaşdırılacaq. Yeni plana görə, bütün nəqliyyat vasitələri dezinfeksiya ediləcək. Hotellərin maksimum 60 faiz doldurulmasına icazə veriləcək. Qəbul şöbəsində sosial məsafə xətləri çəkiləcək. Hotellərə müxtəlif dildə məlumat qeydləri paylanılacaq.

Hotellərdə sıx insan təmasları olan səthlər mütəmadi olaraq dezinfeksiya ediləcək. Foyedə, gözləmə, istirahət və oturma yerlərində oturacaqlar və stulların sayı minimuma endiriləcək.

Hotellərdə fövqəladə hallar üçün karantin sahələri yaradılacaq. Gələn turistdə hərarət, öskürək və s. kimi riskli vəziyyət yaranarsa, karantin bölgəsinə aparılacaq. İşçilərdə yoluxmanın qarşısını almaq məqsədilə onlara xüsusi qoruyucu geyimlər veriləcək.

Ümumi istifadəyə verilən çay-qəhvə maşını, dispenser, içki maşını və oxşar cihazlar olmayacaq. Yemək masalarında istifadə olunan duz, ədviyyat, diş çöpləri, şəkər və s. birdəfəlik paketlərdə təklif ediləcək.

Bu mövsümdə fitnes mərkəzi və SPA sahələri bağlı qalacaq.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri