20 
May
2020
11:24
155
44
2444
Virtual karabakh

Kipr turistləri qəbul etməyə başlayır

20 May, 2020
11:24
2444

Kipr turistləri qəbul etməyə başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kipr iyunun 15-dən etibarən turistləri yenidən qəbul etməyə hazır olduğunu bildirib.

CNA-nın xəbərinə görə, bu, koronavirus pandemiyası ilə bağlı turizm xidmətlərinin göstərilməsi qaydaları üzrə protokollar qəbul edildikdən sonra baş verəcək.

Turizm nazirinin müavini Savvas Perdios bildirib ki, 2019-cu ildə turist axınının və turizm gəlirlərinin 30 faizinin bərpa edilməsi gözlənilir.

Mayın 4-də Kiprdə koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlər tədricən yumşaldılmağa başlayıb. Ölkədə hava limanlarının məhdudlaşdırmaların aradan qaldırılmasının üçüncü mərhələsində - iyun-iyul aylarında açılacağı güman edilir. Bu zaman hotellər də fəaliyyətə başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri