29 
May
2020
19:03
197
105
18766
Virtual karabakh

Azərbaycanda daxili uçuşların bərpa olunacağı vaxt bilindi - RƏSMİ + VİDEO

29 May, 2020
19:03
18766

Azərbaycanda daxili uçuşların bərpa olunacağı vaxt bilindi - RƏSMİ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gəncə və Naxçıvan şəhərlərinə daxili aviauçuşların həyata keçirilməsi iyunun 8-dən sonraya planlaşdırılır”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, istər daxili, istərsə də gələcəkdə beynəlxalq uçuşlarda Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının, Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydaları əsas götürülüb:

“Bütün uçuşlar müəyyən edilən xüsusi qaydalar tətbiq edilməklə həyata keçiriləcək. İstər daxili, istərsə də beynəlxalq uçuşlarda reyslərin sayı azaldıla bilər. Təyyarələrdə sərnişinlərin sayı da məhdudlaşdırılacaq”.

“Təyyarə daxilində məsafənin qorunması hava gəmisinin ekipajının təhlükəsizliyi baxımından tətbiq olunan beynəlxalq qaydadır”, - deyə, sədr qeyd edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri