İyn
2020
04:30
21
101
3264
Virtual karabakh

Pandemiya şəraitində Gürcüstanda hotellər necə fəaliyyət göstərəcək?

1 İyn, 2020
04:30
3264

Pandemiya şəraitində Gürcüstanda hotellər necə fəaliyyət göstərəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Temperaturun ölçülməsi və dezinfeksiya Gürcüstan hotellərində istirahətin ayrılmaz hissəsinə çevriləcək.

“Sputnik Gürcüstan” xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi yeni mövsümdə turistləri qəbul edəcək hotel və mənzillər üçün tövsiyələri təsdiqləyib.

Gürcüstandakı hotellər iyunun 8-dən işini bərpa edə biləcək. Ölkə daxilində turizm mövsümü iyunun 15-də açılacaq və iyulun 1-dən xarici qonaqlar qəbul ediləcək.

Tövsiyələrə görə, bütün hotellərin salonlarında həm işçilərin, həm də qonaqların hər gün temperaturu yoxlanılacaq. Binaya gələnlərin hamısı maskalı olmalı, gigiyena qaydalarına riayət etməli, aralarında iki metr məsafə saxlamalıdırlar.

Bundan əlavə, gündə üç dəfə hotellərdəki bütün səthlər təmizlənib dezinfeksiya ediləcək.

Otaqlarda ikimərtəbəli çarpayı olmayacaq.

Hotellərdə açıq bufetlərdən istifadə tövsiyə olunmur. Eyni zamanda, qonaqlar heyətdən şəffaf maneə ilə ayrılacaqlar.

Barmenlərlə qonaqlar arasında da maneə quraşdırılacaq. Hoteldə bar və ya iaşə obyektinə getmək yalnız əvvəlcədən sifariş verməklə mümkün olacaq.

Hotel hovuzlarında üzməyə icazə verilir, ancaq hovuzun ən azı altı kvadratmetr sahəsi olmalıdır.

Hotellərdə uşaq zonaları olmayacaq, idman salonlarından istifadə qadağandır, idman və əyləncə zonaları işləməyəcək.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri