İyn
2020
02:25
120
35
5242
Virtual karabakh

Turizm şəhəri Naftalandan daha bir ilk - VİDEO

3 İyn, 2020
02:25
5242

Turizm şəhəri Naftalandan daha bir ilk - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əsasən Avropa və Amerika qitələrində müxtəlif yaş kateqoriyalarında böyük oxucu kütləsi qazanmış “Little Free Library” artıq Naftalan şəhər əhalisinin və turistlərin ixtiyarına verilib. 

Baku TV xəbər verir ki, kitabxana www.littlefreelibrary.org kitabxanalar reyestrinə düşərək unikal #100833 nişanı altında fəaliyyət göstərəcək. 

Əsas məqsəd əhali arasında kitaba daha çox bağlı olmaq və maarifləndirməkdir. Mini kitabxana pulsuz fəaliyyət göstərir və günün istənilən saatında hər kəs üçün nəzərdə tutulub.

“I Love Naftalan” adlanan həmin bölmə regionda ilk dəfə məhz Azərbaycanda - kurort şəhəri Naftalanda açılıb. Kiçik kitabxanada Azərbaycan dili ilə yanaşı Rus, İngilis və Türk dillərində hər yaşa uyğun kitablar sərgilənir.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri