İyn
2020
15:55
131
24
4808
Virtual karabakh

Türkiyədə turistlərin qəbul edilmə qaydası açıqlandı

9 İyn, 2020
15:55
4808

Türkiyədə turistlərin qəbul edilmə qaydası açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Turizm və Mədəniyyət naziri Mehmet Ersoy ölkəyə gələn turistlərin koronavirus testindən necə keçiriləcəyindən danışıb.

Onun sözlərinə görə, Türkiyə tərəfi turistlərdən xəstəliyə yoluxmamaları barədə arayış tələb etməyəcək, amma yenə də nəzarət olacaq.

ATOR xəbər verir ki, turistlər hərarətlərini təmas olmadan ölçə biləcəklər.

Sərhəd nəzarəti zonalarında ilk tibbi yardım postları təchiz ediləcək: 38 dərəcədən yuxarı temperatur olan turistlər oraya göndəriləcək. Orada həmin şəxslər testdən keçəcək.

Ersoy Türkiyənin tətildə COVID-19 və ya hər hansı digər infeksiyaya yoluxanların müalicəsinə kömək edəcəyini bildirib:

“Ölkəmizdə kimsə xəstələnərsə, lazımi tibbi xidmətlər göstərəcəyik. Bu baxımdan, heç kim narahat olmamalıdır”.

Ancaq müalicənin ödənişsiz olub-olmayacağı açıqlanmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri