İyn
2020
17:25
38
133
4106
Virtual karabakh

“Silk Way Holding”in əməkdaşları təltif edildi

9 İyn, 2020
17:25
4106

“Silk Way Holding”in əməkdaşları təltif edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Azərbaycanda mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə bir sıra “Silk Way Holding” şirkətlər qrupunun əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Bildiyiniz kimi, hər il 2 iyunda Azərbaycan Respublikası Prezidentinin 18 may 2006-cı il tarixli Fərmanı ilə təsis edilmiş mülki aviasiya işçilərinin peşə bayramı qeyd olunur. Bu gün mülki aviasiyanın inkişafında əməyi olan ən görkəmli mütəxəssislər dövlət mükafatlarına layiq görülürlər.

Hər il olduğu kimi, bu dəfə də 2 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Mülki Aviasiya işçilərinin təltif edilməsi haqqında sərəncam imzaladı.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq “Silk Way Holding”ın bir sıra işçiləri mülki aviasiya sahəsində səmərəli fəaliyyətlərinə görə mükafatlandırıldı.

Beləliklə, “SW Technics” şirkətinin uçuş məlumatının təhlili üzrə mühəndis-pilotu Tibilov Zaxar Konstantinoviç (aviasiyada 51 illik təcrübə) 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edildi. İL-76 tipli HG-nin təlimatçı kapitanı  Knyazev Vitaliy Vitalyeviç (aviasiyada 35 illik təcrübə) “Tərəqqi” medalına layiq görüldü.

“Əməkdar Mühəndis” fəxri adını “Silk Way Technics” şirkətinin baş direktoru Səfərov Emin Nadir oğlu (aviasiyada  22 illik təcrübə) alıb. “Əməkdar Pilot” fəxri adı “Silk Way Airlines” aviaşirkətinin Boeing 747-400 tipli HG-nin kapitanı Novruzov Əkbər Mühüddin oğluna (aviasiyada 39 illik) verilib. 

Bundan əlavə, “Silk Way Holding” şirkətlər qrupunun işçiləri Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə mükafatlara layiq görüldülər.

“Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı ilə aviasiyada 21 il iş təcrübəsi olan “Silk Way West Airlines” şirkətinin İstehsalat və korporativ əlaqələr üzrə icraçı vitse-prezidenti Kamran Qasımov və aviasiyada 20 illik iş təcrübəsinə  sahib olan “Silk Way Technics” şirkətinin baş direktorun maliyyə məsələləri üzrə müavini Elçin Aydəmirov təltif edildi. 

Qeyd edək ki, “Silk Way Holding”in prezidenti Zaur Axundov holdinqin idarə heyətinin iclasında mükafatlara layiq görülən işçiləri peşə bayramları münasibətilə şəxsən təbrik etdi, onlara təntənəli şəkildə mükafatları təqdim etdi və işlərində uğurlar arzuladı.

“Azərbaycanın mülki aviasiyasının bu qədər böyük uğurlara imza atmağı və həmkarlarımın peşəkar nailiyyətləri məndə böyük fəxr hissi doğurur. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mülki aviasiyaya daim diqqət və qayğı göstərməsinin nəticəsidir. Əziz həmkarlar, fədakar əməyinizə görə hamınıza dərin təşəkkürümü bildirirəm!”, - o deyib.

“Silk Way Holding” aviadaşınma və təyyarələrin istismarı sahələrində müxtəlif xidmətlər göstərən şirkətlər qrupunu idarə və inkişaf etdirmək üçün 2006-cı ildə yaradılıb. Bu gün holdinqə 1400-dən çox yüksək ixtisaslı mütəxəssisin çalışdığı “Silk Way West Airlines”, “Silk Way Airlines” və “Silk Way Technics” kimi şirkətlər daxildir.

Qeyd edək ki, “Silk Way Holding” şirkətlər qrupu tərəfindən COVİD-19 pandemiyası zamanı Azərbaycan Respublikası Hökumətinin həyata keçirdiyi uzaqgörən strategiya nəticəsində ölkə hava nəqliyyatı ilə digər ölkələrlə sabitlik təmin edilib.

Karantin dövründə müxtəlif antiseptiklərin və xüsusi qoruyucu vasitələrin (maska, əlcək, kostyum, eynəklər) Mərkəzi Avropa ölkələrinə, ABŞ və Çinə çatdırılması ilə bağlı dövlət və özəl sektordan gələn müraciətlərə aid reyslər ardıcıl olaraq həyata keçirilib.

Bu çətin dövrdə Azərbaycanın aviasiya sahəsində səmərəli hava nəqliyyatı sistemi uğurla qurulub, müvəqqəti çətinliklərin aradan qaldırılması üçün bütün tədbirlər görüldü.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri