13 
İyn
2020
12:45
61
52
6414
Virtual karabakh

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərin sərnişinləri üçün MÜHÜM MƏLUMAT

13 İyn, 2020
12:45
6414

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərin sərnişinləri üçün MÜHÜM MƏLUMAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərin sərnişinləri aviabiletlərini dəyişə və ya ödədikləri məbləği geri ala bilərlər.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, AZAL aviaşirkəti Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərinə aviabilet əldə edən, lakin karantin şəraitində uçuşların dayandırılması ilə əlaqədar həmin biletdən istifadə edə bilməyən sərnişinlərə təkrar müraciət edir.

Sözügedən sərnişinlər ləğv olunmuş reyslərə aviabiletləri 7 iyul tarixindən (bu tarix də daxil olmaqla) yerinə yetiriləcək reyslər üçün yeni tarixlərə ödənişsiz dəyişə bilərlər.

Reysin yerinə yetirilməsindən imtina edildiyi halda, aviabiletin dəyəri həmin sərnişinlərə tam həcmdə geri qaytarılacaq.

Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərə aviabiletlər üçün ödənilmiş vəsaiti sərnişinlər Nizami küçəsi, 126A ünvanında yerləşən aviaşirkətin xüsusi ofisinə müraciət edərək geri ala bilərlər.

Yeni aviabiletin rəsmiləşdirilməsi üçün [email protected] elektron poçtu vasitəsilə və ya +99412 4934004, +99412 4937121, +99412 5988880 telefon nömrələrinə zəng edərək aviaşirkətin çağrı mərkəzinə müraciət etmək lazımdır.

Xatırladırıq ki, iyunun 18-dən etibarən AZAL Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutları üzrə reysləri bərpa edir. Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı həyata keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri