27 
İyl
2020
10:18
15
98
4588
Virtual karabakh

Avropa dövlətlərində İspaniya təhlükəsi

27 İyl, 2020
10:18
4588

Avropa dövlətlərində İspaniya təhlükəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya İspaniya ilə sərhədlərini bağlayacağı barədə xəbərdarlıq edib.

Bunu Britaniyanın Xarici İşlər naziri Dominik Raab “Sky News”a açıqlayıb.

O qeyd edib ki, Böyük Britaniya son iki gündə koronavirusa yoluxma sayının artmasına görə İspaniyanı “güvənilən ölkələr” siyahısından çıxarıb:

“Qəbul edilən qərar səyahətçiləri məyus edə bilər. Ancaq buna görə onlardan üzr istəməyəcəyik. Britaniyada virusun yayılmasının qarşısının alınması üçün böyük əmək sərf edirik. Tədbir görməsək, Britaniyada da yeni karantin mərhələsi yaşaya bilərik”.

Koronavirusun ikinci dalğasının gözlənildiyi İspaniyadan gələnlər üçün Böyük Britaniya 14 günlük karantin rejimi elan edib.

Fransanın Baş naziri Jan Kasteks koronavirusun artmasına görə vətəndaşlarına Kataloniyaya getməmələrini tövsiyə edib. O bildirib ki, Kataloniyada koronavirusa yoluxma sayında artım davam edərsə, Fransa İspaniya ilə sərhədlərini yenidən bağlayacaq.

Həmçinin, Belçika da vətəndaşlarına eyni məsələ ilə bağlı tövsiyə verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri