Avq
2020
10:36
310
27
5114
Virtual karabakh

AZAL Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını yenidən artıracaq

3 Avq, 2020
10:36
5114

AZAL Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını yenidən artıracaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın milli aviadaşıyıcısı Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını yenidən artıracaq.

AZAL-dan verilən məlumata görə, avqustun 6-dan etibarən İstanbul istiqamətində reyslərin sayı həftədə 11-dək artırılacaq (hazırda şəhərlər arasında uçuşlar hər gün həyata keçirilir).

Həftənin çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri AZAL İstanbula gündə iki reys həyata keçirəcək.

Tələbələr aviabilet alışı zamanı AZAL-ın reyslərində 30 faiz həcmində güzəştdən yenidən yararlana biləcəklər.

Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş Bakıdakı laboratoriyaların siyahısı ilə aşağıda tanış ola bilərsiniz:

https://www.azal.az/az/information/covid-clinics.

Bütün hallarda testin nəticəsi reysdən əvvəl 48 saat ərzində alınmalıdır.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri