Avq
2020
15:02
37
177
8183
Virtual karabakh

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək - VİDEO

6 Avq, 2020
15:02
8183

Bakı-Naxçıvan reyslərinə bilet satışı yeni üsulla həyata keçiriləcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən etibarən AZAL-ın Bakı-Naxçıvan marşrutu üzrə reyslərinə aviabilet satışı yeni üsulla həyata keçiriləcək.

Bu barədə qurumun məlumatında qeyd edilib.

Bildirilib ki, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı növbəlilik prinsipi əsasında həyata keçiriləcək. Növbəyə aşağıdakı iki üsulla yazılmaq mümkündür:

- azal.az saytında https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000853919
 linki vasitəsilə onlayn formanı doldurmaqla;

- (+99470) 4374081 nömrəsinə “WhatsApp” vasitəsilə yazılı müraciət edərək.

Müraciət zamanı sərnişinlər mütləq qaydada şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.

Naxçıvan istiqamətində reyslərə tələbatın çox yüksək olduğunu nəzərə alaraq, aviaşirkət nəzərinizə çatdırır ki, yaxın tarixlərdə qeyd edilən istiqamətdə uçuşlarda boş yerlər qalmayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri