Sen
2020
03:40
39
116
6268
Virtual karabakh

Şəkil çəkdirmək müqabilində oteldə yaşamağa icazə veriləcək

8 Sen, 2020
03:40
6268

Şəkil çəkdirmək müqabilində oteldə yaşamağa icazə veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“New Shohei” hoteli pulsuz otel nömrələri təklif edir. Müqabilində isə qonaqlar özlərinin sosial şəbəkə hesablarında məhz bu hoteldə qaldıqlarını yazmalı və fotolar paylaşmalıdır.

Bu barədə “Sora News 24” xəbər yayıb

Məlumata görə, hotel Yaponiyanın paytaxtında yerləşir.

“Ölkədə işgüzar aktivlikdə kəskin azalma oldu. Hoteldə ümumiyyətlə ziyarətçi olmadığı günlər də yaşadıq, bu səbəbdən rəhbərlik otaqları pulsuz kirayəyə vermək qərarına gəldi. Xidmət müqabilində ziyarətçilərdən burada qaldıqlarını sosial şəbəkələrində göstərmələrini və hoteldən fotoşəkil yerləşdirmələrini xahiş edirik” - nümayəndələri bildiriblər.

O da vurğulanır ki, qonaqların tərifli rəylər yazmağı vacib deyil. Bundan əlavə, onlar hoteldə olduqları müddətdə yerlərini göstərmək istəməsələr, fotonu hoteli tərk etdikdən sonra da paylaşa bilərlər. 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri