21 
Sen
2020
14:56
116
161
5478
Virtual karabakh

Türkiyədə hotellər yenidən bağlanır?

21 Sen, 2020
14:56
5478

Türkiyədə hotellər yenidən bağlanır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə 20 sentyabrdan etibarən sosial şəbəkələrdə yeni məhdudiyyətlərin tətbiqi barədə yayılan xəbərlərə baxmayaraq, koronavirus infeksiyası hallarının sayının artması səbəbindən kurortların bağlanması barədə rəsmi açıqlama verilməyib.

Bu barədə TourDom.ru xəbər yayır.

Bildirilir ki, Türkiyə kurortları bütün xarici vətəndaşlar üçün əlçatandır.

Eyni zamanda, səlahiyyətlilərin pandemiya fonunda təhlükəsizlik tədbirlərini qismən gücləndirmələri, əsasən, yerli sakinlərlə əlaqədardır.

 Turistlərin istirahətinə təsir edə biləcək yeganə məhdudiyyət şəhərlərdəki əyləncə müəssisələri - diskotekalar, barlar, pablar, gecə klublarının işinin müvəqqəti dayandırılması ola bilər.

 Hələlik kafe və restoranların bağlanması barədə söhbət getmir.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri