Okt
2020
05:05
328
57
5592
Virtual karabakh

Qazaxıstan beynəlxalq uçuşları dayandıra bilər

1 Okt, 2020
05:05
5592

Qazaxıstan beynəlxalq uçuşları dayandıra bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan Səhiyyə Nazirliyi ölkədə koronavirusla əlaqədar vəziyyətə görə beynəlxalq uçuşların dayandırılmasını təklif edib.

“Sputnik Qazaxıstan” xəbər verir ki, xarici ölkələrdə vəziyyətin pisləşməsini nəzərə alaraq, infeksiyanın gətirilməsinin və yayılmasının qarşısını almaq məqsədilə uçuşların 5 oktyabr tarixindən etibarən dayandırılması təklif olunur.

Türkiyəyə uçuşların sayının azaldılması, hazırda xaricə olan uçuşların sayının artırılmaması və digər ölkələrlə hava əlaqəsinin hələ açılmamasının lazım olduğunu da əlavə edilib.

Eyni zamanda, Qazaxıstan Səhiyyə Nazirliyinin rəhbəri karantin xəstəxanalarının sərhəd keçid məntəqələrində yerləşdirilməsini təklif edib.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri