Okt
2020
15:54
537
26
11924
Virtual karabakh

“Azərbaycan Hava Yolları” QSC açıqlama yaydı

5 Okt, 2020
15:54
11924

“Azərbaycan Hava Yolları” QSC açıqlama yaydı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan silahlı qüvvələri son günlər ərzində uzaqməsafəli təsir radiuslu raketlər tətbiq etməklə Azərbaycanın ərazisini intensiv atəşə tutmaqda davam edir ki, bu da Azərbaycanın hava məkanından keçməklə beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün ciddi təhlükə yaradır.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin açıqlamasında deyilir.

Qeyd edilir ki, Ermənistanın mülki obyektlərə hücumu beynəlxalq humanitar hüquq normalarını, xüsusilə, Cenevrə Konvensiyasının müddəalarını kobud şəkildə pozur. Bu hücumlar Ermənistan tərəfindən dövlət səviyyəsində terror aktlarının həyata keçirildiyini bir daha təsdiq edir.

Qurumun məlumatında bildirilir:

“Ermənistan tərəfinin qanunsuz hərəkətləri bizi ciddi narahat edir və bütün dünya ictimaiyyətini Ermənistanı bütün beynəlxalq qayda və normalara zidd olan bu cür addımlardan çəkindirməyə çağırırıq”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri