Okt
2020
03:30
109
381
13451
Virtual karabakh

Qeyri-adi tur: Pul müqabilində həbsdə yatırlar - FOTO

7 Okt, 2020
03:30
13451

Qeyri-adi tur: Pul müqabilində həbsdə yatırlar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin Somerset qraflığında qədim “Şepton-Mollet” həbsxanasında bir gün müddətinə məhkum olmaq və həbsxana həyatı ilə tanış olmaq təklif edilir. Belə “zövq” 49 funt sterlinqə (təxminən 108 AZN) başa gəlir.

Bu barədə “The Sun” xəbər verib.

Turda məhkumun həyatı ilə əlaqəli təcrübələr təqdim edilir. İştirakçılara müvafiq menyu təqdim olunur, səhər yeməyində mütləq yulaf əzməsi verilir. Bir nəfərlik kamerada gecə qalmaq da planın tərkib hissəsidir.

“Şepton Mollet” - əvvəllər Krey əkizləri kimi təhlükəli cinayətkarların saxlanıldığı ən məşhur həbsxanalardan biridir. İlk məhbuslar 1626-cı ildə bura gətirilib. O vaxtdan 1945-ci ilə kimi sözügedən həbsxanada bir çox edamlar həyata keçirilib.

“Şepton Mollet” 2013-cü ildən etibarən turizm məqsədiylə istifadə olunur.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri