17 
Okt
2020
07:10
252
84
7218
Virtual karabakh

İspaniyada kəndin xilası üçün barmen axtarışına başlanılıb

17 Okt, 2020
07:10
7218

İspaniyada kəndin xilası üçün barmen axtarışına başlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın Kalatayud bələdiyyəsi yalnız 70 nəfərin yaşadığı Olves kəndini yox olmaqdan xilas etmək qərarına gəlib. Bunun qarşılığından kənd sakinlərinin istirahət edəcəyi yeganə yer olan ictimai mərkəzi və barın baxıcısı olan şəxsə pulsuz ev veriləcək.

Bu barədə “Idealista” xəbər verib.

Əvvəllər müəssisələrə nəzarət edən insanlar vəzifələrindən ayrılıblar, buna görə Olves yox olma təhlükəsi ilə üzləşib. Bu baxımdan yerli hökumət yeni ev, həmçinin kommunal xidmətlərdən azad etmə vədi ilə barmen axtarışına başlayıb.

Yerli rəsmilər ümid edirlər ki, belə bir təklif işsiz və ya koronavirus pandemiyası səbəbindən gəlirlərini itirənlərə kömək edəcək. Xüsusən bu qonaqpərvərlik sənayesinin mütəxəssislərinə aiddir. İdeal namizəd ailədir. Bütün ailə üzvlərinin işlə təmin olunacağı, uşaqlar üçün isə məktəb transferinin təşkilinə vəd verilib.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri