14 
Noy
2020
15:02
626
20
3256
Virtual karabakh

Beynəlxalq sərgidə Qarabağın turizm potensialı haqda məlumat verildi

14 Noy, 2020
15:02
3256

Beynəlxalq sərgidə Qarabağın turizm potensialı haqda məlumat verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Turizm Bürosu Londonda keçirilən dünyanın tanınmış turizm sərgilərindən olan Dünya Səyahət Bazarı sərgisində (“WTM London-2020”) iştirak edib.

Bu barədə Oxu.Az-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycana tur təşkil etmək üzrə ixtisaslaşmış və gələcəkdə belə bir potensialı olan turoperatorlar, turizm agentlikləri, qlobal turizm şirkətləri, turizm mediası və bələdçilərlə keçirilmiş görüşlərdə pandemiyadan sonrakı dövrdə Azərbaycana olan səyahətlərin artırılması və yeni turların başlanılması üzrə müzakirələr aparılıb.

Virtual görüşlər çərçivəsində Dağlıq Qarabağ və ətraf rayonların turizm potensialı, təhlükəsizliyin təminindən və infrastrukturun yaradılmasından sonra regionun yeni turizm destinasiyası kimi təqdimatı barədə iştirakçılara məlumat verilib.

Görüşlər zamanı Azərbaycanda olan turizm trendləri və hazırda inkişaf edən layihələr barədə də məlumatlar təqdim edilib.

Üç gün ərzində davam edən sərgidə Şimali Amerika, Avropa, Asiya və Körfəz ölkələrindən olan şirkət nümayəndələri ilə ümumilikdə 110 görüş keçirilib və onların sualları cavablandırılıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri