19 
Noy
2020
14:47
198
32
4693
Virtual karabakh

Pandemiya dövründə Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkələr açıqlanıb

19 Noy, 2020
14:47
4693

Pandemiya dövründə Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkələr açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 4,2 dəfə azalıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu dövr ərzində xarici ölkələrə səfər edən azərbaycanlıların sayı 1 milyon 106,7 min nəfər olub.

Ölkə vətəndaşlarının 30,3 faizi İrana, 27,2 faizi Gürcüstana, 19,2 faizi Rusiya Federasiyasına, 14,6 faizi Türkiyəyə, 8,7 faizi digər ölkələrə səfər edib.

Bu şəxslərin 70,1 faizini kişilər, 29,9 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,1 dəfə, Gürcüstana gedənlərin sayı 4,5 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 3,8 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalıb.

2020-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 75,3 faizi dəmir yolu və avtomobil, 22,1 faizi hava, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Qeyd edilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-oktyabr aylarında gediş-gəliş sayında kəskin azalmaya səbəb olub və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri