25 
Noy
2020
05:30
20
158
2434
Virtual karabakh

Məşhur aviaşirkətdən sərnişinlərə COVID-19-dan peyvənd məcburiyyəti

25 Noy, 2020
05:30
2434

Məşhur aviaşirkətdən sərnişinlərə COVID-19-dan peyvənd məcburiyyəti

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyada beynəlxalq uçuşlar zamanı COVID-19 peyvəndi sərnişinlər üçün məcburiyyət halına gətiriləcək.

“Haber Global”ın məlumatına görə, bu barədə “Qantas” aivaşirkəti xəbər yayıb.

Bildirilir ki, aviaşirkət nümayəndələri sərnişinlərdən təyyarəyə minməzdən əvvəl peyvənd etdirməsini istəyəcək.

“Qantas” aviaşirkətinin nümayəndələri hazırda ölkənin digər hava limanı şirkətlərindəki həmkarları ilə bu barədə müzakirələrin getdiyini vurğulayıb.

Qeyd edək ki, pandemiya başlayandan Avstraliya beynəlxalq sərhədləri bağlayıb, ölkəyə geri qayıdanları isə karantinə alıb. Ümumilikdə ölkədə 27 843 nəfərdə koronavirus aşkarlanıb, onlardan 907 nəfəri ölüb.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri