26 
Noy
2020
17:06
492
12
2563
Virtual karabakh

Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq

26 Noy, 2020
17:06
2563

Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq.

Dövlət Turizm Agentliyindən verilən məlumata əsasən, bu barədə agentliyin sədri Fuad Nağıyev İslam Əməkdaşlığı Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) 36-cı sessiyasında çıxış edərkən deyib.

Fuad Nağıyev işğaldan azad edilmiş torpaqların turizm potensialının yüksək qiymətləndirildiyini, burada mövcud olan imkanların həm daxili, həm də beynəlxalq turizmin inkişafı üçün önəm kəsb etdiyini vurğulayıb.

O, işğal dövründə turizm əhəmiyyətli məkanların böyük bir hissəsinin məhv edildiyini, tarixi məscidlər, türbələr və bu kimi digər qədim dini abidələrin erməni vandalizmi nəticəsində viran edilərək, xarabalığa çevrildiyini bildirib. Sədr, həmçinin azad edilmiş torpaqlarda dayanıqlı turizmin inkişaf etdirilməsi və dağıdılmış İslam irsinin bərpası istiqamətində COMCEC-lə əməkdaşlıq çərçivəsində proqramların həyata keçirilməsinin məqsədəuyğun olacağını əlavə edib.

Bildirilib ki, iyun ayında Qəbələ şəhərində “Turizmin inkişafında yerli icmaların rolu” mövzusunda keçirilməli olan, ancaq pandemiya səbəbindən təxirə salınan İslam Ölkələrinin Turizm Nazirlərinin Konfransının 11-ci sessiyasına 2021-ci ildə Bakının ev sahibliyi etməsi üçün müraciət olunacaq.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən İslam Əməkdaşlığı Təşkilatının üzvüdür.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri