16 
Dek
2020
16:36
438
25
4171
Virtual karabakh

Azərbaycanda daxili turizmin təbliği ilə bağlı yeni videoçarx hazırlandı - VİDEO

16 Dek, 2020
16:36
4171

Azərbaycanda daxili turizmin təbliği ilə bağlı yeni videoçarx hazırlandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Turizm Bürosu (ATB) koronavirus (COVID-19) pandemiyasından sonra turizmin təşviqi məqsədilə təbliğat videoçarxı hazırlayıb.

Bu barədə ATB-dən məlumat verilib.

Məlumata görə, məqsəd daxili turizmi təbliğ etmək, auditoriyaya pandemiyaya qalib gəldikdən sonra sərbəst formada Azərbaycanın bölgələrini gəzmək və ölkəmizi bir daha kəşf etmək mesajını çatdırmaqdır.

Təbliğat çarxında Xəzər dənizi, Azərbaycanın dağları, meşələri, tarixi abidələri və Şirvan düzü kimi tarixi və mədəni turizm obyektləri sadalanır, onların görüntüləri təqdim olunur.

Əsasən yerli auditoriya üçün nəzərdə tutulan təbliğat çarxı xarici turistlər üçün ingilis və rus dillərində subtitrlərlə hazırlanıb.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri