16 
Dek
2020
17:06
383
93
4580
Virtual karabakh

Türkiyədə Yeni ildə tətbiq ediləcək komendant saatı turistlərə aid deyil

16 Dek, 2020
17:06
4580

Türkiyədə Yeni ildə tətbiq ediləcək komendant saatı turistlərə aid deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar yeni il şənliklərinə görə tətbiq edilən komendant saatı xarici turistlərə aid olmayacaq.

Bu barədə “RİA Novosti” Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına istinadla məlumat yayıb.

Bazar ertəsi Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Yeni il şənlikləri üçün Türkiyədə 31 dekabr saat 21:00-dan, 4 yanvar 05:00-a qədər 24 saatlıq komendant saatı elan edib.

“Əvvəllər elan edilmiş məhdudlaşdırıcı tədbirlər kimi Yeni il tətilində komendant saatı turistlərə təsir etməyəcək. Daxili İşlər Nazirliyinin qərarına görə, onlar üçün istisna var”, - deyə agentliyə bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri