Fev
2021
11:32
181
9
1854
Virtual karabakh

Aleksandr Osaulenko: “Azərbaycana səyahətin təhlükəsiz olduğunu göstərmək lazımdır”

4 Fev, 2021
11:32
1854

Aleksandr Osaulenko: “Azərbaycana səyahətin təhlükəsiz olduğunu göstərmək lazımdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus pandemiyası səbəbindən turizm dünyanın istisnasız olaraq bütün ölkələrinin iqtisadiyyatının ən çox təsirləndiyi sahələrindən birinə çevrildi.

Müxtəlif proqnozlar var, bəzilərinə görə böhran təxminən üç il davam edəcək. Bu həqiqətən belədirmi? Turizmdə canlanmanı nə vaxt gözləmək olar?

Media.Az bu kimi suallarla Rusiya Səyahət Sənayesi İttifaqının (PCT) vitse-prezidenti, TURPOMOSH Assosiasiyasının direktoru Aleksandr Osaulenkoya müraciət edib.

Osaulenkonun sözlərinə görə, pandemiya ilə bağlı vəziyyət hamını turizm məhsullarının istehsalına, tanıtımına və tətbiqinə fərqli baxmağa məcbur edib:

“Bu gün başqa cür hərəkət etməliyik. İlk növbədə şübhəsiz ki, tibbi komponent hədəfə alınaraq təhlükəsizlik əvvəlkindən daha geniş mənada əsas götürüləcək. Turistlərin dəvəti ilə bağlı daha tez müəyyən bir hərəkət protokolu quracaq ölkələr bundan faydalanacaq. Turistlər necə qəbul ediləcək, yoluxma halında nə olacaq?”.

O, bildirib ki, sərhədlər açılmazdan əvvəl təbliğat, tanıtım aparılmalıdır:

“Azərbaycanda çox dostlarım var, sizin nələrə sahib olduğunuzu dəqiq bilirəm, azərbaycanlıların qonaqpərvərliyi barədə məlumatım var. Elə indi, sərhədlərin fiziki açılışını gözləmədən özünüz haqqında yeni məlumatları təbliğ etməyiniz vacibdir. Xaricdəki turoperatorlara son zamanlarda nəyin dəyişdiyini və nəyin dəyişmədiyini izah etmək lazımdır. Artıq bu gün təqdim ediləcək daha çox məlumata ehtiyac var”.

Mütəxəssis deyib ki, Azərbaycana səyahətin təhlükəsiz olduğunu göstərmək lazımdır:

“Bunları sərhəddə bütün maneələr qalxana qədər həll etmək lazımdır”.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri