Fev
2021
15:30
230
22
4192
Virtual karabakh

Azərbaycanın regionları üzrə broşürlar hazırlanıb - FOTO

8 Fev, 2021
15:30
4192

Azərbaycanın regionları üzrə broşürlar hazırlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən Şimal-qərb turizm dəhlizi üzrə regional broşür hazırlanıb.

Agentlikdən verilən məlumata əsasən, broşürdə Şəki Destinasiya Menecmenti Təşkilatının fəaliyyət dairəsini əhatə edən Şəki, Qax, Zaqatala, Balakən rayonları üzrə mədəni-tarixi abidələr, təbiət gözəllikləri, piknik və gəzinti yerləri, mətbəx nümunələri, sənətkarlıq emalatxanaları, səyahət edərkən istifadə edilən nəqliyyat növləri haqda ətraflı məlumatlar əksini tapıb.

İngilis dilində hazırlanmış broşürdə, həmçinin regiondakı muzeylərin ünvanları, giriş qiymətləri, əlaqə vasitələri və digər faydalı məlumatlar yer alıb.

Çap materialını keçidə daxil olaraq onlayn formatda əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri