27 
Mar
2021
02:25
178
53
5577
Virtual karabakh

Dünyanın ən məşhur turizm adası peyvənd olunanlara qapılarını açır

Tailand hökuməti iyulun 1-dən koronavirusa qarşı peyvənd edilən turistlərin dünyanın ən çox səyahət edilən Phuket adasına girişlərinə icazə verəcək.

“Bloomberg” bu barədə ölkənin Turizm və İdman Nazirliyinə istinadən məlumat yayır.

Aprelin 1-dən Tailand hökuməti ölkəyə gələnlər üçün karantin müddətini 14 gündən 10 günə qədər azaldacaq.

Bundan əlavə, koronavirusa qarşı vaksinasiya olunan xarici vətəndaşlar üçün aprel ayından etibarən məcburi karantin müddəti yeddi günə endiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri