21 
Apr
2021
08:00
53
81
11463
Virtual karabakh

Şəkillərə baxmaqla pis şəraitli hoteli müəyyənləşdirməyin yolları - FOTO

21 Apr, 2021
08:00
11463

Şəkillərə baxmaqla pis şəraitli hoteli müəyyənləşdirməyin yolları - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səyahət mütəxəssisləri turistlərə tətil üçün hotel seçərkən otaq şəkillərinə diqqət yetirmələrini tövsiyə ediblər.

Lenta.ru-nun məlumatına görə, Rusiyanın “Tonkosti turizma” portalının nümayəndələri bununla bağlı öz tövsiyələrini bölüşüblər.

Mütəxəssislər hotel reklam olunarkən bəzən otaqların “kreativ” fotolarının paylaşıldığını bildiriblər. Məsələn interyerin detalları göstərilir, yaxud otağın güzgüdən əksi çəkilir. Bu adətən otağın kiçik ölçüsünü və ya təmir qüsurlarını gizlətməyə çalışarkən olur.

Kiçik otaqla bağlı başqa bir hiylə də şəklinin yuxarıdan çəkilməsidir.

Bundan əlavə, şəkil genişbucaqlı obyektivlə çəkilə bilər – kadrın bucaqları bu zaman qeyri-təbii olaraq genişləndirilir. Mütəxəssislər, bu halda əslində otağın sahəsinin fotodakından iki dəfə az olduğuna diqqət çəkirlər.

Digər şeylərlə yanaşı turistlərə hamam otağının şəkillərinə də diqqət yetirmələri tövsiyə edilib. Divarlarda plitələr əvəzinə yuyulabilən divar kağızının olması, duşda isə şüşə arakəsmələrin olmaması pis hotelin əlamətidir.

Səyyahlar çardaqdakı otaqların narahatlığı barədə də xəbərdarlıq edilib - əksər hallarda belə yerlərdə tavanlar çox aşağıdır, həmçinin burada temperatur komfortsuz olur.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri