20 
Apr
2021
16:30
146
19
5750
Virtual karabakh

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edildi - FOTO

20 Apr, 2021
16:30
5750

Azərbaycanla Özbəkistan və Meksika arasında turizm perspektivləri müzakirə edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov arasında görüş baş tutub.

Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə, Azərbaycan və Özbəkistan arasında turizm əlaqələri, COVID-19 pandemiyası dövründə turizm sahəsi üzrə görülən işlər və təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Bundan əlavə postpandemiya dövründə qarşılıqlı turist səfərlərinin bərpasında maraq ifadə edilib.

Aprelin 20-də Fuad Nağıyev Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floreslə də görüşüb.
 
Tərəflər iki ölkənin turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinin mühümlüyünü vurğulayıblar.
 
Görüşlərdə vaksinasiya prosesinin vacibliyi vurğulanıb və qeyd edilib ki, bu proses sərhədlərin açılmasına, eləcə də beynəlxalq turizmin bərpasına töhfə verəcək.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri