28 
Apr
2021
17:40
47
324
10055
Virtual karabakh

AZAL Türkiyənin iki şəhərinə uçuşları müvəqqəti dayandırır

28 Apr, 2021
17:40
10055

AZAL Türkiyənin iki şəhərinə uçuşları müvəqqəti dayandırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyənin paytaxtı Ankaraya, eləcə də İstanbul şəhərinə uçuşları müvəqqəti dayandırır.

Oxu.Az xəbər verir ki, Bakı - Ankara - Bakı aviareysləri (J2 103/104) aprelin 29-dan mayın 13-nə qədər, Bakı - İstanbul - Bakı aviareysləri (J2 175/176) aprelin 29-dan mayın 16-na qədər yerinə yetirilməyəcək.

Bununla yanaşı, mayın 12-nə planlaşdırılan Bakı - Antalya - Bakı aviareysi (J2 125/126) də baş tutmayacaq.

Buna səbəb tələbatın az olmasıdır. Sərnişinlər aldıqları aviabiletləri “Türk Hava Yolları” şirkətinin reyslərinə dəyişə bilərlər. Bununla yanaşı, aviabiletləri cəriməsiz AZAL-ın istənilən tarixə olan reysinə dəyişdirmək və yaxud qaytarmaq da mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri