May
2021
07:30
55
177
7839
Virtual karabakh

Amsterdamda “Qırmızı fənərlər küçəsi”nə alternativ hazırlanır

8 May, 2021
07:30
7839

Amsterdamda “Qırmızı fənərlər küçəsi”nə alternativ hazırlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amsterdamın mərkəzində “Qırmızı fənərlər küçəsi”nin bağlanma qərarından sonra hökumət ona alternativ yer fikirləşib.

Bu barədə “The Guardian” xəbər yayıb.

Şəhər meri Femke Xalsemanın təqdim etdiyi sənədə əsasən hökumət şəhərdən kənəranıda 5000 kv.m ərazisi, iki barı, intim əyləncə üçün yüzlərlə kiçik otağı və yeri olan beş mərtəbəli  “erotik mərkəz” tikməyi planlaşdırır.

Halsema bu yolla şəhərin tarixi mərkəzini “təmizləməyi” düşünür.

Müştəri olmayan və rayona sadəcə baxmaq üçün girən turistləri cəlb etməmək üçün mərkəzə giriş pullu olacaq.

Qeyd edək ki, Amsterdam merinin “Qırmızı fənərlər küçəsi”ni bağlama planları barədə fevral ayında məlum olub. Siyasi partiya üzvləri təşəbbüsü dəstəkləyərək, başqa bir ərazidə “erotik mərkəz” inşa etmək təklifini irəli sürmüşdülər.

Məmurlar bu yolla şəhərin turistik imicini dəyişmək istəyirlər.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri